
“Çelsi” “Milan”la anlaşa bilmir
“Milan”ın qapıçısı Mayk Menyan “Çelsi”nin transfer hədəfləri sırasındadır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu fransalı qolkiperə maraq göstərsə də, “Milan”ın maliyyə tələblərini yerinə yetirməyə hazır deyil. Belə ki, italiyalılar 29 yaşlı futbolçu üçün 30 milyon avro istəyir, “Çelsi” isə bu transferə yalnız 10 milyon avro ayırmaq niyyətindədir.
Bazar ertəsinə qədər razılıq əldə olunmasa, London təmsilçisi danışıqları yekunlaşdıracaq.
Menyan son mövsümdə “Milan”ın heyətində 37 oyuna çıxıb, 41 qol buraxıb və 13 oyunda qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin