“Çelsi” fransalı futbolçu ilə anlaşıb

“Renn”in yarımmüdafiəçisi Lesli Uqoçukvu tezliklə “Çelsi”yə keçəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı fransalı futbolçu artıq tibbi müayinədən keçib və bazar günü müqavilə imzalayacaq. London klubu oyunçunu “Strasburq”a icarəyə verməyi düşünür.

Uqoçukvu ötən mövsüm “Renn”in heyətində 35 oyuna çıxıb, bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button