“Çelsi” “Everton”un təklifinə “hə” deyib

“Çelsi” yay transfer pəncərəsinin bağlanmasından əvvəl bir neçə oyunçusunu satmağa hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu artıq “Everton”un Kirnan Dyusberi-Holl üçün etdiyi təklifə müsbət cavab verib.

Transferin ümumi məbləği təxminən 31 milyon avro (bonuslarla birlikdə) təşkil edəcək. 26 yaşlı yarımmüdafiəçi “Everton”la müddəti 2030-cu ilə qədər olan müqavilə imzalayacaq.

Bundan əvvəl “Çelsi”də daha üç futbolçunun da satışı gündəmə gəlmişdi. Belə ki, Karni Çukvuemeka Dortmund “Borussiya”sına, Lesli Uqoçukvu və Armando Broya isə “Bernli”yə keçə bilər.

Bu yay “Çelsi” transferlərə təxminən 280 milyon avro xərcləyib. Klubun satışlardan əldə etdiyi gəlir isə 152 milyon avroya yaxındır və bu balansı saxlamaq üçün daha çox satış gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button