
“Çelsi” “Everton”un futbolçusu ilə maraqlanır
“Çelsi” “Everton”un mərkəz müdafiəçisi Cerrard Brantueyti almaq imkanını nəzərdən keçirir.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “Everton”un baş məşqçisi David Moyes ingilis futbolçunu satmaq istəmir.
“Everton” 2024-cü ilin yayında “Mançester Yunayted”in Brantueyt üçün 45+5 milyon funt-sterlinq təklifini rədd edib, çünki klub müdafiəçinin satışından 70 milyon funt-sterlinq əldə etmək istəyib.
22 yaşlı futbolçu son mövsümdə bütün yarışlarda 33 matçda iştirak edib və bir məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



