“Çelsi” uduzdu, “Liverpul” liderliyə yüksəldi
İngiltərə Premyer Liqasında 31-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
Dörd qolun qeydə alındığı “Bornmut” – “Nyukasl” matçında qalib müəyyənləşməyib. Səfərdə “Bernli” ilə qarşılaşan “Lester” bu oyundan çətin qələbə ilə ayrılıb. “Vest Hem” – “Haddersfild” matçı daha məhsuldar alınıb. Yeddi qolluq qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb.
31-ci turda “Çelsi” “Everton”, “Liverpul” isə “Fulhem” səfərinə yollanıb. London təmsilçisi 2 cavabsız qolla məğlub olub. “Qırmızılar” isə çətinliklə də qalib gəlməklə, liderliyə yüksəlib.
Bu turda keçirilməli olan “Brayton” – “Kardiff Siti”, “Vulverhempton” – “Arsenal”, “Mançester Yunayted” – “Mançester Siti”, “Uotford” – “Sauthempton” və “Tottenhem” – “Kristal Pelas” matçları, İngiltərə Federasiya kubokunun 1/4 final mərhələsinin oyunlarına görə təxirə salınıb.
İngiltərə Premyer Liqası, 31-ci tur
16 mart
Bornmut – Nyukasl 2:2
Qol: Kinq, 48-pen; 81 – Rondon, 45. Ritçie, 90.
Bernli – Lester 1:2
Qol: Maknil, 38 – Maddison, 33. Morqan, 90.
Vest Hem – Haddersfild 4:3
Qol: Noble, 15-pen. Oqbonna, 75. Çiçarito, 84; 90 – Bakuna, 17. Qrant, 30; 65.
17 mart
Fulhem – Liverpul 1:2
Qol: Babel, 74 – Mane, 26. Milner, 81-pen.
Everton – Çelsi 2:0
Qol: Riçarlison, 49. Siqurdsson, 72.
Bombardir: Serxio Aquero (Mançester Siti) – 18 qol.
Bizi Facebook-da izləyin