
“Çelsi” – dünyanın ən güclü klubu!
Amerika Birləşmiş Ştatlarında keçirilən Klublararası dünya çempionatına yekun vurulub.
Komanda.az xəbər verir ki, Nyu-Cersi ştatında yerləşən “MetLayf” stadionunda baş tutmuş həlledici qarşılaşmada İngiltərənin “Çelsi” və Fransanın PSJ komandaları üz-üzə gəliblər.
“Çelsi” ilk hissədə vurduğu 3 qol sayəsində rəqibinə böyük hesabla qalib gəlib – 3:0. Koul Palmerin dubla imza atdığı oyunda digər qolu onun məhsuldar ötürməsindən sonra Juan Pedro vurub.
PSJ son mövsümdə UEFA Çempionlar Liqasının, “Çelsi” isə Konfrans Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



