“Çelsi” Lukaku üçün rəsmi təklif alıb
“Çelsi”nin hücumçusu Romelu Lukaku tezliklə Antonio Konte ilə yenidən bir araya gələ bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli” belçikalı futbolçuya komanda ilə məşq etməyən və yay transfer pəncərəsi bağlanana qədər satılmalı olan Viktor Osimhenin əvəzedicisi kimi baxır.
İtalyanlar Lukaku ilə müqavilə imzalamağa yaxınlaşır. Artıq “Çelsi” rəsmi təklif alıb, danışıqlar əsas mərhələyə qədəm qoyub.
London klubu Osimhenlə maraqlansa da, sözləşmənin bir-biri ilə əlaqəsi yoxdur. İndi “Çelsi” rəhbərliyi bütün diqqətini Lukakunu satmağa cəmləyib və 31 yaşlı forvardla ayrıldıqdan sonra 25 yaşlı nigeriyalı futbolçunun transferi üzərində işə başlayacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin