“Çelsi” DÇ-də finala yüksəldi

ABŞ-də keçirilən Klublararası dünya çempionatında yarımfinal mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, raundun ilk oyununda UEFA Konfrans Liqasının qalibi olan İngiltərənin “Çelsi” komandası Braziliya təmsilçisi “Fluminense” ilə üz-üzə gəlib.

Oyun London klubunun inamlı qələbəsiylə yekunlaşıb – 2:0. Avropa təmsilçisinin hər iki qolunu Juan Pedro (18, 56) vurub.

Yarımfinalın digər matçında İspaniya “Real”ı UEFA Çempionlar Liqasının qızıl mükafatçısı, Fransanın PSJ komandası ilə münasibətlərə aydınlıq gətirəcək. Bu oyun iyulun 9-da, saat 23:00-da olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button