
“Çelsi” ispaniyalı futbolçu üçün danışıqlara başlayıb
İspaniya millisinin və “Atletik”in hücumçusu Niko Uilyams karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Çelsi” 22 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb.
Uilyamsın müqaviləsində onun Bilbao klubundan 58 milyon avroya satın alınmasına icazə verən bənd var.
İspaniyalı vinger bu mövsüm “Atletik”in heyətində 37 matçda iştirak edib, 9 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin