“Çelsi” yeni qapıçı üçün 24,5 milyon avro ödəməyə hazırdır

“Vilyarreal”ın qapıçısı Filip Yorgensen İngiltərə Premyer Liqasına keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” danimarkalı futbolçunu almaq niyyətindədir.

London klubunun rəhbərliyi Yorgenseni transfer etmək üçün 24,5 milyon avro ayırmağa hazırdır. Futbolçunun özünə 7 illik müqavilə təklif olunacaq.

22 yaşlı qolkiper 2015-ci ilin yayından “Vilyarreal”da çıxış edir. O, ötən mövsüm 37 oyun keçirib, 64 qol buraxıb, 6 oyunda qapısını toxunulmaz saxlaya bilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button