
“Çelsi” ilə oyunda favorit yoxdur” – Benzema
“Real”ın hücumçusu Kərim Benzema Çempionlar Liqasının 1/4 final mərhələsinin “Çelsi” ilə ilk oyunundan gözləntilərini bölüşüb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, “Çelsi”nin əla komanda olduğunu söyləyib:
”Çelsi” əla komandadır. Bu oyunda favorit yoxdur. PSJ – “Real” matçına baxın. Cavab oyununda parislilər əsas favorit idi. Deməli, bu heç nə demək deyil. Biz Londona yaxşı nəticə üçün gedirik”.
“Çelsi” – “Real” oyunu bu gün saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin