“Atletiko”ya mümkün qədər kömək etmək istəyirəm” – Yeni transfer
İngiltərə millisinin yarımmüdafiəçisi Konor Qallaher “Atletiko”ya transferindən sonra duyğularını bölüşüb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, Madrid klubu ilə birgə titullar qazanmaq arzusunda olduğunu bildirib:
“Meydanda hər şeyi etməyə çalışıram. Bütün gücümü meydanda qoyub, həmişə əlimdən gələni edirəm. Həm qol vəziyyətləri yaratmağa, həm də, bacardığım qədər komandaya müdafiədə kömək etməyə çalışıram. Ona görə də, dediyim kimi, meydanda hər şeyi etməyə çalışıram. Mən “Atletiko”ya mümkün qədər kömək etmək istəyirəm. Məqsədimiz kuboklar qazanmaqdır, mən bunun üçün buradayam. Bu, çox böyük bir klubdur, artıq bir çox titullar qazanıb. Ümid edirəm ki, birlikdə daha bir neçə titul qazana bilərik”.
Qallaher Madrid klubuna “Çelsi”dən keçib.
Bizi Facebook-da izləyin