“Çelsi”nin yeni rekordçusu
“Çelsi” Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Ayaks”la qollu bərabərə qalıb – 4:4.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma “zadəganlar”ın futbolçusu Ris Ceyms üçün əlamətdar olub. Belə ki, görüşdə komandasının sonuncu – 4-cü qolunu vuran müdafiəçi London klubunun tarixinə düşüb. 19 yaş 332 günlük müdafiəçi “Çelsi” formasıyla ÇL-də qol vuran ən gənc futbolçu olub.
“Çelsi”nin yetirməsi olan Ceyms, bu yay əsas komandaya qoşulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin