“Bavariya” ilə oyunöncəsi “Çelsi”də ciddi itkilər
“Çelsi” Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Bavariya”nı qəbul edəcək.
Komanda.az xəbər verir ki, London təmsilçisi sözügedən qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Bu barədə “zadəganlar”ın rəsmi saytı məlumat yayıb. “Çelsi”də Nqolo Kante, Kristian Pulişiç və Kallum Hadson-Odoi zədə səbəbindən “Bavariya” ilə oyunda iştirak etməyəcək.
Bu gün keçiriləcək “Çelsi” – “Bavariya” matçı saat 00:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin