
“Çelsi” Bundesliqa klubunun futbolçusu ilə anlaşıb
“Leypsiq”in futbolçusu Kristofer Nkunku “Çelsi”yə keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu artıq İngiltərə klubu ilə anlaşıb.
Tərəflər 2028-ci ilədək müqavilənin şərtlərini razılaşdırıb. Keçidin baş tutması üçün iki klub arasında anlaşma əldə olunmalıdır.
Fransalı futbolçu Almaniya klubu ilə müqaviləsini bu yay 2026-cı ilədək uzadıb.
Nkunku cari mövsümdə 11 oyunda 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin