
“Çelsi” bu gün yeni transferini təqdim edə bilər
Moyses Kaysedonun “Brayton”dan “Çelsi”yə keçidi tamamlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ekvadorlu yarımmüdafiəçi bu səhər transfer öncəsi tibbi müayinədən uğurla keçib.
Bu gün 21 yaşlı futbolçu “Çelsi” ilə 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
“Çelsi” Kaysedo üçün 115 milyon funt sterlinq ödəyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin