“Çelsi” braziliyalını Portuqaliya klubuna icarəyə verir

“Çelsi”nin braziliyalı yarımmüdafiəçisi Andrey Santos qarşıdakı mövsümü icarə əsasında “Portu”da keçirəcək.

Komanda.az xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.

19 yaşlı Santos qış transfer pəncərəsində “Vasko da Qama”dan İngiltərə klubuna keçmişdi və demək olar ki, dərhal Braziliya komandasına icarəyə göndərilmişdi. Santosun “Çelsi” ilə müqaviləsi 2030-cu ilin yayına kimi hesablanıb. “Zadəganlar” onun transferi üçün 12,5 milyon avro ödəyib.

“Çelsi” ötən mövsümü Premyer Liqada 12-ci yerdə tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button