“Çelsi” Braziliya klubuna 60 milyon avro ödəyəcək
“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirəcək.
Komanda.az “Sport”-a istinadən xəbər verir ki, London təmsilçisi “Palmeyras”ın vingeri Estevao ilə müqavilə imzalamaq üçün razılığa gəlib.
Klub 16 yaşlı hücumçuya görə təxminən 60 milyon avro ödəyəcək. Artıq “Çelsi”nin nümayəndələri müqavilənin yekun detallarını həll etmək üçün Braziliyaya uçublar.
Estevaonun “Palmeyras”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Forvard Braziliya klubunun əsas heyətində cəmi 1 oyun keçirib. O, ikinci komandanın heyətində isə 17 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin