
“Leyptsiq”in hücumçusu Premyer Liqa klubuna keçə bilər
“Leyptsiq”in hücumçusu Lua Openda karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az “Football Transfers”-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə “Çelsi” maraqlanır. Londonlular qış transfer pəncərəsində hücumçunu almaq niyyətindədirlər.
Openda bu mövsüm 11 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin