“Çelsi” “Real”ın hədəfində olan futbolçu ilə maraqlanır

“Çelsi” “Bayern”in müdafiəçisi Alfonso Deyvislə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” daha əvvəl “Real”ın da maraqlandığı kanadalı futbolçu ilə bu yay müqavilə imzalamaq istəyir.

Daha əvvəl bildirilmişdi ki, “Real” futbolçu ilə fəal şəkildə maraqlanır, lakin “kral klubu” onun üçün “Bayern”ə 70 milyon avro ödəmək niyyətində deyil. Madrid klubu qarşı tərəfə yalnız 50 milyon təklif edə bilər.

Deyvisin “Bayern”lə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir.

23 yaşlı müdafiəçi bu mövsüm “Bayern”in heyətində 30 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button