“Çelsi” “Barselona”ya 100 milyon avroluq təklif göndərəcək
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, niderlandlı futbolçunun xidmətində “Çelsi” maraqlıdır.
London təmsilçisi 26 yaşlı oyunçu üçün yayda İspaniya klubuna 100 milyon avroluq təklif göndərəcək.
“Barselona” Frenki de Yonqu 2019-cu ilin yayında “Ayaks”dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 22 matçda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin