“Barselona”nın futbolçusu Premyer Liqa klubunun “radar”ındadır
“Barselona”nın yarımmüdafiəçisi Ferran Torres yay transfer pəncərəsində komandasını dəyişə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Çelsi” ispaniyalı vingerin xidmətində maraqlıdır. Onun transfer dəyəri 30 milyon avro qiymətləndirilir.
Torresin “Barselona” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
24 yaşlı futbolçu İspaniya çempionatının ötən mövsümündə 29 matçda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin