“Çelsi” Bakıya onsuz gələcək
“Çelsi”nin zədəli futbolçusu Ruben Loftus-Çikin durumuna aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi əməliyyat olunacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rubenin sağalma prosesi isə məlum deyil. İngiltərə mətbuatı ingilis futbolçunun ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Loftus-Çik, “Çelsi”nin “Nyu İnqlend Revolyuşn”la xeyriyyə məqsədilə keçirdiyi yoxlama oyununda (3:0) zədələnib. O, “Çelsi”nin Avropa Liqasının finalında “Arsenal”la qarşılaşacağı oyunda iştirak etməyəcək.
“Çelsi” – “Arsenal” matçı mayın 29-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin