“Çelsi” azarkeşləri üçün pulsuz avtobus səfəri təşkil edəcək

“Çelsi” rəhbərliyi dekabrın 24-də, Milad bayramı ərəfəsində, İngiltərə Premyer Liqasının “Vulverhempton”la oyununa qədər klubun azarkeşləri üçün pulsuz avtobus səfəri təşkil etmək qərarına gəlib.

Komanda.az xəbər verir ki, bu barədə London klubu rəsmi saytında məlumat yayıb:

“Klub başa düşür ki, bazar günü və həmçinin Milad gecəsi olduğu üçün nəqliyyat imkanları digər günlərlə müqayisədə məhduddur. Komandanı evdə və səfərdə dəstəkləməklə bunu göstərən azarkeşlərimizin sarsılmaz sədaqətini bilirik. Buna görə də, bu səfəri edən azarkeşlərə təşəkkür əlaməti olaraq, “Çelsi” bilet alan hər kəsə pulsuz səyahət təklif edəcək. Azarkeşlər oyuna, sonra isə evə pulsuz aparılacaq. Oyunun biletləri satışa çıxarılan kimi oturacaqları bron etmək olar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button