
“Çelsi” azarkeşini cəzalandırıb
“Çelsi” azarkeşlərindən birinin rəsmi olaraq futbol matçlarına gəlməyinə qadağa qoyub.
Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, klubun belə addım atmasına səbəb həmin azarkeşin 6 noyabr 2023-cü il tarixində, “Tottenhem”lə matçda nasist salamı verməsi olub. “Zadəganlar” azarkeşi 3 il oyunlarda iştirak etməkdən məhrum edib. Məhkəmə isə sözügedən azarkeşi cərimələyib.
“Məhkəmə “Çelsi” Futbol Klubunun azarkeşini ictimai asayişi irqi motivli şəkildə pozmaqda təqsirli bilib” – deyə, London polisinin mətbuat xidməti məlumat yayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin