
“Çelsi” fransalı futbolçu üçün danışıqlar aparır
“Çelsi” “Ayntraxt”ın forvardı Huqo Ekitike uğrunda mübarizədə “Liverpul”u qabaqlayır.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, London klubu fransalı futbolçu ilə müqavilə imzalamaq üçün danışıqlar aparır.
Daha əvvəl forvardla “Çelsi”, “Liverpul” və “Arsenal” maraqlanıb, lakin indi bu mübarizə iki klub arasında gedir.
Eyni zamanda, “Liverpul” “Bayer”in yarımmüdafiəçisi Florian Virtsin yaxınlaşan transferinə baxmayaraq, Ekitike üçün 100 milyon avro tələb olunan qiyməti ödəməyə hazırdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



