Daha az maaşa razıdır – “Çelsi”yə keçmək üçün
“Çelsi” hücumçu Joao Feliksin transferi üçun “Atletiko”ya müraciət edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu portuqaliyalı futbolçuya görə madridlilərə 65 milyon avro təzminat təklif edib.
“Çelsi” daha əvvəl Samuel Omorodionun transferi ilə bağlı “Atletiko” ilə razılığa gəlmişdi, lakin imic hüquqları ilə bağlı fikir ayrılıqları üzündən anlaşma baş tutmayıb.
İngilislər “Atletiko”dan Joao Feliksi almasa, Konor Qallaherin Madrid klubuna transferi ilə bağlı razılaşma da pozula bilər.
Feliks 2022/23 mövsümündə icarə əsasında çıxış etdiyi “Çelsi”yə qayıtmaq üçün maaşını azaltmağa hazırdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin