“Çelsi” 35-40 milyon avro istəyir – “Atletiko”nun hədəfindəki futbolçu üçün
“Atletiko” yarımmüdafiəçi Konor Qallaherin transferini başa çatdırmaq üçün “Çelsi”yə üz tutub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu yetirməsini 35-40 milyon avro qiymətləndirir.
Qallaherin “Çelsi” ilə müqaviləsinin bitməsinə bir il qalıb, ona görə də, rəhbərlik onu endirimlə buraxmağa hazırdır. “Atletiko”nun baş məşqçisi Dieqo Simeone İngiltərə millisinin yarımmüdafiəçisini komandasında görmək istəyir.
“Çelsi” daha əvvəl 24 yaşlı futbolçu ilə yeni müqavilədə razılığa gələ bilməyib.
Qallaher İngiltərə yığmasının Avropa çempionatı üçün heyətinə daxil edilmişdi, lakin baş məşqçi Qaret Sautqeyt ondan əsas oyunçu kimi yararlanmamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin