“Çelsi” “Aston Villa”dan futbolçu aldı, futbolçu satdı – Rəsmi

“Çelsi” rəsmi saytında “Aston Villa”dan 18 yaşlı yarımmüdafiəçi Omari Kellimanın transferini elan edib.

Komanda.az xəbər verir ki, gənc futbolçunun London klubu ilə müqaviləsi “6+1” sxeminə əsasən hesablanıb.

Kelliman “Aston Villa”nın əsas komandasında 6 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Bu arada, “Aston Villa” da müdafiə xəttini yeni oyunçu ilə gücləndirib. Premyer Liqa təmsilçisi “Çelsi”dən Yan Matseni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Aston Villa” 22 yaşlı sol cinah müdafiəçisi üçün London klubuna 44 milyon avro ödəyib. Birmingemlilər Niderland millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

“Çelsi” ötən mövsüm Premyer Liqanı “Aston Villa”dan 5 xal geri qalaraq, 6-cı yerdə başa vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button