“Çelsi” polşalı futbolçunu İngiltərəyə qaytarmaq istəyir
“Çelsi” “Yuventus”un qapıçısı Voyçex Şesnı ilə maraqlanır.
Komanda.az “Tutto Juve”-yə istinadən xəbər verir ki, London klubu daha əvvəl “Arsenal”da çıxış etmiş polşalı qolkiperin mümkün transferini nəzərdən keçirir.
34 yaşlı Şesnı cari mövsümdə “Yuventus”un heyətində 32 oyun keçirib. O, bu matçlarda 25 qol buraxıb və 5 oyunda qapısını toxunulmaz saxlayıb.
“Çelsi” Premyer Liqanın 34 turundan sonra 51 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin