“Çelsi” – “Arsenal” matçına həsr olunmuş şeir
Bakıda keçirilən Avropa Liqasının final matçı ilə bağlı şeir yazılıb.
Komanda.az xəbər verir ki, şair-dramaturq Ramiq Muxtar “Çelsi” – “Arsenal” final matçı (4:1) ilə bağlı yazıb. Onun şeiri “Arsenal – Çelsi” adlanır. Həmin şeiri təqdim edirik:
Avropa oyunları
Hələ çıxmayıb yaddan.
İslam oyunlarının
Sədası gəlir haqdan.
İdman sevər ölkəyik
Gələnlər yaxşı bilir.
Çöhrəsində hər kəsin
Sevincdən üzü gülür.
Xəzər bağrına basır
Xoşqədəmli qonağı.
Dünyaya səs salacaq
Bu finalın sorağı.
Dualarla gedirik
Bu möhtəşəm görüşə.
Kaş finallar Bakıda
Tez-tez ola həmişə.
Düşmən gözü tökülür
Gələ bilmir bayrama.
Dünya “əhsən” söyləyir
Mehribanla, İlhama.
Qoy güclü zəfər çalsın
Budur bizim arzumuz.
Yeni tarix yazacaq
Avropaya Bakımız.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin