“Çelsi” Arrisabalaqanı onunla əvəz etmək istəyir
İngiltərənin “Çelsi” klubu heyətini yeni qapıçı ilə gücləndirmək niyyətindədir.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, əsas qapıçısı Kepa Arrisabalaqanın inamsız çıxışından narazı olan “zadəganlar”, yeni qolkiper transfer etmək istəyir. London klubunun əsas hədəfi “Bernli”nin “çərçivə” qoruyucusu olan Nik Popedir. Arrisabalaqanın uyğun təklif qarşılığında komandadan ayrılmasına razı olacağı deyilən “Çelsi”nin onun boşluğunu 27 yaşlı Pope ilə doldurmaq niyyətində olduğu bildirilir.
İngiltərə millisinin üzvü olan Popenin klubu ilə müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin