“Çelsi” tarixinin ən bahalı transferinə hazırlaşır

“Çelsi” son illərdə transferlərə çox pul xərcləyib. Amma görünür, londonlular dayanmaq fikrində deyillər.

Komanda.az “Fchajes”-ə istinadən xəbər verir ki, “zadəganlar” “Atletiko”nun hücumçusu Xulian Alvares üçün 150 milyon avroluq müqavilə hazırlayır.

Qeyd olunur ki, onun Argentina millisindən komanda yoldaşı Enzo Fernandes Alvaresin “Çelsi”yə keçidini asanlaşdıra bilər.

“Çelsi” Alvaresi 150 milyon avroya alarsa, bu, klub tarixinin ən bahalı transferi olacaq. Enzo Fernandesin “Çelsi”yə keçid rekordu 121 milyon avrodur.

25 yaşlı Alvares bu mövsüm 15 matçda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button