
“Çelsi” Fernandesin qalmaqallı davranışını araşdıracaq
“Çelsi” komandanın yarımmüdafiəçisi Enzo Fernandesin qalmaqallı hərəkəti ilə bağlı araşdırma aparacaq.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, argentinalı futbolçu 2024-cü il Amerika kubokunu qazandıqdan sonra Fransa millisinin oyunçularını aşağılayan mahnı oxuyub. İngiltərə klubu bu vəziyyəti ciddiyə almaq və müvafiq tədbirlər görmək niyyətindədir.
Fernandes Amerika kubokunu qazandıqdan sonra belə oxumuşdu: “Onlar Fransa üçün oynayırlar, amma hamısı anqolalıdır”.
Argentina millisi finalda Kolumbiya yığmasına 1:0 hesabı ilə qalib gəlib. Həlledici qolu əlavə vaxtda hücumçu Lautaro Martines vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin