“Çelsi” Alonso ilə müqaviləyə xitam verdi – rəsmi
“Çelsi” klubu rəsmi saytında müdafiəçi Markos Alonso ilə müqaviləyə xitam verildiyini açıqlayıb.
Komanda.az xəbər verir ki, ispaniyalı futbolçu 6 ildən sonra London klubunu tərk edib.
“Çelsi” Markosa komandamıza göstərdiyi xidmətə görə təşəkkür edir və ona karyerasının qalan hissəsində uğurlar arzulayır” , – London klubunun rəsmi saytında yazılıb.
Daha əvvəl “Barselona”nın “Real”ın yetirməsi olan 31 yaşlı Alonsonu almaq istədiyi bildirilirdi.
Alonso “Çelsi”də 6 il ərzində bütün yarışlarda 212 oyun keçirib, 29 qol vurub və 23 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin