“Çelsi” alman futbolçu üçün rəsmi danışıqlara başladı
“Çelsi”nin “Bayer”in futbolçusu Kay Havertsi heyətinə qatmaq istədiyini xəbər vermişdik.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, klublar alman futbolçunun transferi üçün rəsmi danışıqlara start veriblər. “Zadəganlar”ın bu transferi tezliklə həll etmək istədiyi bildirilir. London klubu 21 yaşlı futbolçu üçün almanlara 80 milyon avro ödəməyə hazırdır.
Daha əvvəl yayılan məlumatlarda “Çelsi”nin Havertslə şəxsi razılıq əldə etdiyi bildirilirdi.
Haverts cari mövsümdə iştirak etdiyi 43 oyunda 17 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin