
“Çelsi” yunanıstanlı futbolçu ilə maraqlanır
“Çelsi” “Alkmaar”ın hücumçusu Vangelis Pavlidisi transfer etmək istəyir.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, yunanıstanlı futbolçu qış transfer pəncərəsində İngiltərə çempionatına keçə bilər.
25 yaşlı hücumçu 2021-ci ilin iyulundan “Alkmaar”da çıxış edir. Oyunçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Bu mövsüm Pavlidis 27 oyun keçirib, 22 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin