“Çelsi” ABŞ millisinin üzvünü transfer etdi

İngiltərənin “Çelsi” klubu ABŞ təmsilçisi “Atlanta Yunayted”in müdafiəçisi Keyleb Uaylini transfer edib.

Komanda.az xəbər verir ki, müdafiəçi ilə 6+1 illik müqavilə bağlanıb.

19 yaşlı futbolçu ABŞ millisinin Paris 2024 Yay Olimpiya Oyunlarındakı heyətində yer alıb.

Cari mövsümdə “Atlanta Yunayted”in heyətində 23 oyun keçirən Uayli 1 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button