“Çelsi” 8 futbolçunu yola salmağa çalışır

“Çelsi” yay transfer dövrünün son günlərində bir sıra oyunçuları buraxmağa ümid edir.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi 8 futbolçunun gedişini planlaşdırıb – onlardan birincisi yaxın saatlarda “Atletiko”ya yeni gələn kimi təqdim olunacaq Konor Qallaher olmalıdır.

Romelu Lukaku, Rahim Sterlinq, Kepa Arrizabalaqa, Corc Petroviç, Armando Broya, Trevo Çaloba və Karney Çukvuemeka siyahıda növbəti yerləri tuturlar. Onların yayın sonuna qədər klubdan ayrılmasına icazə veriləcək.

“Çelsi” cari transfer pəncərəsində oyunçu satışından 100 milyon avrodan çox gəlir əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button