“Çelsi”nin vidalaşmağa hazırlaşdığı 8 futbolçu
“Çelsi” UEFA-nın maliyyə feyr-pley qaydalarının tələblərinə uyğunlaşmaq üçün iyunun 30-dək bəzi oyunçularını satmaq istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, londonlular Kristian Pulişiç, Hakim Ziyeş, Xalidu Kulibali, Ruben Loftus-Çik, Konor Qallager, Romelu Lukaku, Pyer-Emerik Obameyanqla yollarını ayırmaq niyyətindədir.
Eyni zamanda, “Mançester Yunayted”, “Liverpul” və “Nyukasl”ın transfer etmək istədiyi Meyson Maunt da klubu tərk edə bilər.
“Zadəganlar” adıçəkilən futbolçuları qeyd olunan tarixə qədər satmağa məcburdur. Buna səbəb həmin oyunçuların satışından əldə ediləcək gəlirin 2022/23 mövsümünün maliyyə hesabatına daxil edilməsidir.
Digər klublar da problemdən xəbərdardır. Buna görə, onlar tarix yaxınlaşdıqca futbolçuların transferini aşağı qiymətə reallaşdırmaq üçün addımlar ata bilərlər.
“Çelsi” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 39 xalla 11-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin