“Çelsi” 70 milyon avroluq transferi rəsmən açıqladı
İngiltərənin “Çelsi” klubu növbəti transferini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, London təmsilçisi Ukrayna yığmasının və Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Mixaylo Mudriki heyətinə qatıb.
22 yaşlı vingerlə 2031-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb. “Zadəganlar” bu transfer üçün “Şaxtyor”a 70 milyon avro ödəyib.
Mudrik Donetsk “Şaxtyor”unun öz yetirməsidir. O, vaxtilə Kiyev “Arsenal”ında və “Desna”da icarədə də oynayıb. Mudrik, 2022-ci ilin iyun ayından Ukraynanın əsas millisində də forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin