“Çelsi” 7 futbolçusunu satacaq
“Çelsi” qarşıdan gələn yay transfer pəncərəsində 7 futbolçusu ilə yollarını ayıracaq.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, klub İngiltərə Premyer Liqasının müəyyən etdiyi transfer limitinə əməl etmək üçün belə addım atacaq.
London klubu 100 milyon funt-sterlinq (117 milyon avro) məbləğində oyunçu satmalıdır. “Zadəganlar” hücumçular Romelu Lukaku və Armando Broya, sol cinah müdafiəçiləri Yan Matsen, Mark Kukurella və Lyuis Holl, mərkəz müdafiəçisi Trevo Çaloba, hücumameyilli yarımmüdafiəçi Konor Qallaherlə yolları ayırmağı planlaşdırır.
Daha əvvəl mətbuatda “Çelsi”nin yayda bəzi mövqeləri gücləndirməyi hədəflədiyi barədə məlumatlar yayılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin