Neymar “Çelsi”yə keçən futbolçu haqda: “O, dahi olacaq”

Braziliya millisinin hücumçusu Neymar Estevao Villianın “Palmeyras”dan “Çelsi”yə keçidindən danışıb.

Komanda.az “Brasil Football”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu, həmyerlisinin dahi olacağını düşündüyünü bildirib:

“Estevao Braziliya futbolundan doğan böyük istedaddır. Düşünürəm ki, o, dahi olacaq”.

Estevao Villian artıq “Çelsi” ilə müqavilə imzalayıb. Ancaq o, gələn yay, 18 yaşı tamam olanda komandaya qoşula biləcək. Anlaşma bonuslar nəzərə alınmaqla, London klubuna təxminən 60 milyon avroya başa gələ bilər.

Braziliyalı futbolçunun xidmətində “Bayern” və “Real” da maraqlı idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button