“Çelsi” 50 milyon təklif etdi, 75 milyon istədilər


“Çelsi”nin “Bornmut”un forvardı Kallum Uilsonu transfer etmək istədiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, “zadəganlar” 26 yaşlı hücumçu üçün klubuna 50 milyon avro təklif ediblər. Bu barədə İngiltərənin “Daily Star” nəşri məlumat yayıb. 

Xəbərdə, “Bornmut” rəhbərliyinin bu təklifi rədd etdiyi bildirilir. Premyer Liqa təmsilçisi ingilis forvard üçün “Çelsi”dən 75 milyon avro tələb edib.

“Bornmut”la 2022-ci ilədək müqaviləsi olan Uilson, bu mövsüm Premyer Liqada keçirdiyi 20 oyunda 9 qol vurub, 6 məhsuldar ötürməylə yadda qalıb.

Uilson 2014-cü ildə “Koventri” klubundan “Bornmut”a 3 milyon avroya transfer edilib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button