
“Çelsi” 4 hücumçu arasında seçim edəcək
“Çelsi” rəhbərliyi yay transfer pəncərəsində komandanın hücum xəttini gücləndirməyi planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun transfer siyahısında dörd hücumçu var. Londonlular “Sportinq”in oyunçusu Viktor Qyokereş, “Leyptsiq”in futbolçusu Benjamin Şeşko, “İpsviç”in üzvü Liam Delap və “Aytraxt”ın forvardı Hüqo Ekitikenin namizədliyini nəzərdən keçirir. Bu oyunçular arasında Delapın “Çelsi” üçün prioritet variant olduğu bildirilir.
“Çelsi” 2023/24 mövsümündə İngiltərə Premyer Liqasını 4-cü pillədə başa vuraraq, UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



