“Çelsi” 2 futbolçusunu Paris-2024-ə buraxmayacaq

“Çelsi” yarımmüdafiəçilər Mixail Mudrik və Enzo Fernandeslə bağlı qərar qəbul edib.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, London klubu ukraynalı və argentinalı futbolçunun Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına icazə verməyəcək.

“Çelsi” Mudrik və Fernandesin böyük turnirlərdən sonra yaxşı dincəlməsini istəyir. Belə ki, ukraynalı futbolçu yayda Avropa çempionatında, argentinalı oyunçu isə Amerika kubokunda mübarizə aparacaq.

Olimpiya futbol turniri iyulun 24-dən avqustun 10-dək keçiriləcək. İngiltərə Premyer Liqasının növbəti mövsümü isə avqustun 17-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button