1993-cü ildən sonra ilk dəfə…
“Çelsi” doğma meydanı “Stemford Bric”də İngiltərə Premyer Liqasının 25-ci turundan təxirə salınmış oyunda “Arsenal”ı qəbul edib və 2:4 hesabı ilə uduzub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu məğlubiyyət Tomas Tuxelin komandasının “Stemford Bridc”də ardıcıl üçüncü yenilgisi olub. “Çelsi” daha əvvəl Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”a (1:3), sonra Premyer Liqanın 31-ci turunun matçında “Brentford”a 1:4 hesabı ilə uduzmuşdu.
1989-cu ilin dekabrından bəri “Çelsi” evdə ardıcıl üç və ya daha çox qol buraxmamışdı. Komanda o vaxt “Uimbldon” və “Liverpul”a 2:5 hesabı ilə məğlub olub.
Bundan əlavə, “zadəganlar” 1993-cü ilin noyabrından bəri ilk dəfə bütün yarışlarda ardıcıl 3 ev məğlubiyyəti alıb.
“Çelsi” Premyer Liqada 31 matçdan sonra 62 xalla üçüncü yerdədir.
Bizi Facebook-da izləyin