
“Çelsi” 19 yaşlı futbolçu ilə anlaşıb
“Ayaks” gənc müdafiəçisi Yorrel Hatonun transferindən 60 milyon avro qazanmaq niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” artıq 19 yaşlı futbolçu ilə şəxsi razılıq əldə edib və onun üçün 50 milyon avro ödəməyə hazırdır.
Ancaq Niderland klubu düşünür ki, bu məbləğ azdır və transfer üçün 60 milyon avro tələb edir.
Niderlandlı futbolçu son mövsümdə Erediviziyada 31 oyunda meydana çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



