“Çelsi” 11-ci yerə layiq deyil” – Haverts
Almaniyalı futbolçu Kay Haverts “Çelsi”nin hazırkı durumundan danışıb.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, keçmiş baş məşqçi Qrem Potterin istefaya göndərilməsindən də söz açıb:
“Danışmaq çətindir. Baş məşqçi postunu tərk edəndə belə olur. Asan deyil. Bizim işimiz qalib gəlməkdir. Məşqçi işdən azad ediləndə biz də məsuliyyət sahibi oluruq. Olanları qəbul etməliyik.
“Çelsi” 11-ci yerə layiq deyil. Komandada hamı bir olmalıdır. UEFA Çempionlar Liqasının 1/4 finalındayıq. Özümüzə güvənməliyik. Hazırda Avropanın ən yaxşı səkkiz kollektivi arasında biz də varıq”.
London təmsilçisi hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 39 xalla 11-ci pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin