“Çelsi” 100 milyon avroya hücumçu almaq istəyir

“Napoli”nin hücumçusu Viktor Osimhen “Çelsi”yə keçə bilər.

Komanda.az “Metro”-ya istinadən xəbər verir ki, London klubu “Napoli”yə Osimheni 100 milyon avroya ala biləcəyi barədə məlumat verib.

25 yaşlı forvardın hazırkı müqaviləsində 130 milyon avroya satınalma şərti var. Bununla belə, “Napoli” nigeriyalı futbolçunu daha aşağı qiymətə satmağa hazırdır.

Romelu Lukaku isə əks istiqamətə – “Çelsi”dən “Napoli”yə gedə bilər. Belçikalı hücumçu Neapola köçmək və orada baş məşqçi Antonio Konte ilə birgə çalışmaq istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button